Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir

Rusiya XİN: Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir


7-01-2021, 15:54. Yazar: Admin

 

“Vaşinqtonda baş verənlər ABŞ-ın daxili işidir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtondakı hadisələrə münasibət bildirərkən deyib.

“Bu, ABŞ-ın daxili işidir. Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir və müasir standartlara cavab vermir, pozuntu üçün imkanlar yaradır. Dost Amerika xalqına öz tarixlərindəki bu dramatik anları layiqli yaşamağı arzulayırıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb. 


Geri dön