Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Venesuela müdafiə naziri: ABŞ Karib hövzəsində müharibə yaratmaq istəyir
Ana Sayfa > Karusel / Dünya > Venesuela müdafiə naziri: ABŞ Karib hövzəsində müharibə yaratmaq istəyir

Venesuela müdafiə naziri: ABŞ Karib hövzəsində müharibə yaratmaq istəyir


13-12-2025, 12:11. Yazar: Admin

Venesuela müdafiə naziri: ABŞ Karib hövzəsində müharibə yaratmaq istəyir

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-ın Latın Amerikası və Karib hövzəsində müharibə çıxarmağı hədəflədiyini, bölgədə gərginliyi qəsdən artırdığını bildirib.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, Hava və Kosmik Müdafiə Komandanlığının yaradılmasının 47-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən Lopes ABŞ-ın Karib bölgəsinə hərbi qüvvələrini toplamasını tənqid edib:

“ABŞ xalqı anlamalıdır ki, öz hökumətləri tərəfindən bir alətə çevrilib. ABŞ-ın məqsədi Latın Amerikası və Karib hövzəsində müharibə çıxarmaqdır”.

ABŞ ilə mümkün müharibənin nəticələrinin dağıdıcı olacağı barədə xəbərdarlıq edən nazir məsələni siyasətlə həll etməyə çağırıb.

“Bizi qorxutmağa yönəlmiş cəhdləri diqqətlə izləyirik. Lakin böyük təvazökarlıqla deyirik ki, bizimlə bağlı səhv hesablamaya yol verməsinlər. Bu ölkəni müdafiə etməyə hazırıq”, - Lopes vurğulayıb.


Geri dön