Ana Sayfa > Karusel / Region > Dağıstanda PUA təhlükəsi elan olunub

Dağıstanda PUA təhlükəsi elan olunub


12-12-2025, 14:16. Yazar: Admin

Dağıstanda PUA təhlükəsi elan olunub

Dağıstanda dron hücumu təhlükəsi elan edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin Teleqram kanalında məlumat verilib.

Nazirlik əhalini ayıq və ehtiyatlı olmağa, evdə qalmağa, pəncərəsiz tikililərə sığınmağa çağırıb. 

Həmçinin əhaliyə mobil internet xidmətinin kəsilə biləcəyi barədə xəbərdarlıq olunub.


Geri dön