Ana Sayfa > Karusel / Dünya > Fitso Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsini dəstəkləməyəcəyini təsdiqləyib

Fitso Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsini dəstəkləməyəcəyini təsdiqləyib


12-12-2025, 08:36. Yazar: Admin

Slovakiyanın Baş naziri Robert Fitso

Slovakiyanın Baş naziri Robert Fitso Aİ-nin növbəti sammitində Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyəcəyini açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Avropa Şurasının Prezidenti Antoniu Koştaya məlumat verib.

Baş nazir həmçinin Rusiyanın Aİ-də dondurulmuş aktivlərinin Ukraynanın hərbi ehtiyaclarına yönəldilməsi ideyalarını bir daha tənqid edib.

Onun fikrincə, belə addım ABŞ-ın münaqişənin başa çatdırılması istiqamətində göstərdiyi səyləri poza bilər.


Geri dön