Ana Sayfa > Karusel / İqtisadiyyat > Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb


12-12-2025, 08:31. Yazar: Admin

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

Dubayın Cumeyra və Umm-Suqeym rayonlarında "WeRide" pilotsuz taksilərinin hələlik yalnız sürücünün iştirakı ilə test rejimində kommersiya istismarına başlanıb,

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, layihənin həyata keçirilməsini "WeRide" və "Uber Technologies" şirkətləri təmin edib. Belə taksiləri "Uber" tətbiqi vasitəsilə sifariş etmək mümkündür. Qeyd olunub ki, test rejimindən tam xidmət rejiminə keçid 2026-cı ilin əvvəlində planlaşdırılır.


Geri dön