Ana Sayfa > Karusel / Dünya > Yaponiyada güclü zəlzələ baş verib, sunami xəbərdarlığı elan olunub

Yaponiyada güclü zəlzələ baş verib, sunami xəbərdarlığı elan olunub


12-12-2025, 08:27. Yazar: Admin

Yaponiyada güclü zəlzələ baş verib, sunami xəbərdarlığı elan olunub

Yaponiyanın Aomori prefekturası yaxınlığında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.

Kyodo agentliyinin məlumatına görə hadisədən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.


Geri dön