Ana Sayfa > Karusel / Siyasət > Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir

Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir


11-12-2025, 22:34. Yazar: Admin

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında təkbətək görüş keçirilir.

Bu barədə Qarabaginfo.az-ın XİN-dən bildirilib.

Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur. Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.

Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.


Geri dön