Rusiya ordusu bu gün günorta saatlarında Sumı vilayətinin Velıkopısarevska icmasında yerləşən mağazaya idarə olunan aviasiya bombası atıb. Nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Qarabaginfo.azxəbər verir ki, bu barədə “RBC-Ukrayna” Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən məlumat yayıb.
“Velıkopısarevska icmasında ruslar mağazaya idarə olunan aviasiya bombası atıblar. Zərbə elə anda endirilib ki, mağazanın içərisində insanlar olub”, – Qriqorov bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində iki nəfər – satıcı və yerli sakin həlak olub. Onların meyitləti dağıntılar altından çıxarılıb. Mağazada olan digər iki nəfər yaralanıb.