Ana Sayfa > Karusel / Dünya > ABŞ şirkəti ilə data mərkəzləri üzrə birgə investisiya platforması yaradılacaq

ABŞ şirkəti ilə data mərkəzləri üzrə birgə investisiya platforması yaradılacaq


11-12-2025, 16:38. Yazar: Admin

ABŞ şirkəti ilə data mərkəzləri üzrə birgə investisiya platforması yaradılacaq

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüş keçirib.

Bu barədə Qarabaginfo.az-a Nazirlikdən bildirilib.

Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə edilib.

Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.


Geri dön