Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > İsrail polisinin ukraynalı biznesmen Mindiçə sui-qəsd cəhdi barədə məlumatı yoxdur
İsrail polisinin ukraynalı biznesmen Mindiçə sui-qəsd cəhdi barədə məlumatı yoxdur11-12-2025, 13:42. Yazar: Admin |
|
İsrail polisinin ukraynalı biznesmen Timur Mindiçə qarşı sui-qəsd cəhdi barədə heç bir məlumatı yoxdur. Qarabaginfo.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” İsrail mediasına istinadən məlumat yayıb. İsrail nəşrlərinə verdikləri şərhlərdə polis nümayəndələri bildiriblər ki, hazırda İsrail ərazisində olan Mindiçə qarşı hazırlanan və ya həyata keçirilən hər hansı sui-qəsd barədə məlumatları yoxdur. İsrail polisinin mətbuat katibi Mixal Zingerman isə bildirib ki, hüquq-mühafizə orqanlarının hazırkı vaxta olan məlumatlarına görə, oliqarx Kolomoyskinin yaydığı iddiaları “təsdiq edən hər hansı sübut” yoxdur. Qeyd edək ki, iş adamı İqor Kolomoyski məhkəmə zalında noyabrın 28-də adı korrupsiya qalmaqalında hallanan Timur Mindiçə qarşı sui-qəsd cəhdi olduğunu bildirib. Geri dön |