Ana Sayfa > Karusel / Dünya > Lavrov: Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə tələsmir, əksinə onları gücləndirir

Lavrov: Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə tələsmir, əksinə onları gücləndirir


10-12-2025, 12:01. Yazar: Admin

Rusiya xarici işlər naziri Sergey Lavrov

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəinki ləğv etməyə tələsmir, əksinə onları gücləndirir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında cari xarici siyasət məsələləri ilə bağlı məruzəsində bildirib.

Bununla belə, Lavrov Rusiyanın Trampın Ukrayna ilə bağlı dialoqa sadiqliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.


Geri dön