Ana Sayfa > Karusel / Kriminal > Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib

Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib


10-12-2025, 11:05. Yazar: Admin

Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib

Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə dekabrın 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində yerləşən "Birlik" reabilitasiya mərkəzində qeydə alınıb.

Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, adıçəkilən mərkəzin narkomaniya, alkoqolizm və digər asılılıqlarla mübarizə apardığı bildirilib.


Geri dön