Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
Ana Sayfa > Karusel / Dünya > Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib


8-12-2025, 15:51. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Qarabaginfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur.

Ukrayna Prezidenti deyib ki, ABŞ-ın sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər.

Zelenski qeyd edib ki, ABŞ-ın planının bəzi elementləri bir sıra “həssas məsələlər”, o cümlədən müharibədən əziyyət çəkən ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət kimi məsələlər üzrə əlavə müzakirə tələb edir.

O əlavə edib ki, Kiyev Qərb müttəfiqləri, ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ayrıca saziş bağlamaqda israrlıdır.


Geri dön