Ana Sayfa > Karusel / Gündəm > Əsgərimizin dili açıldı
Əsgərimizin dili açıldı7-01-2021, 11:17. Yazar: Admin |
Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevin (Tolik) İkinci Qarabağ Müharibəsində dili tutulan əsgərimizi təhqir etməsi son günlər ən çox müzakirə edilən mövzuya çevrilib. T.Əliyev “İnstagram”da bağlantı quraraq hərbiçimizdən canlı yayımda kömək istəməsini tələb edib . O, danışma qabiliyyətini itirən əsgərimizə qarşı xoş olmayan ifadələr işlədib. Bu hərəkətinə görə tənqid atəşinə tutulan prodüsser daha sonar açıqlamasında əsgərlə zarafat etdiyini, həmin sözləri ərkyana işlətdiyini bildirib. Qarabaginfo.az xəbər verir ki, Tolik bu dəfə sözügedən əsgərin dilinin açılması ilə bağlı paylaşım edib. O, əsgərlə telefonda danışaraq görüntüləri bölüşüb: “Dostlar, Əli danışdı, bu mənim üçün ən böyük hədiyyə oldu. Bəzi ağzıgöyçəklərə cavabı Əli özü verdi. Amma, dostlar. Əli cığallıq eləyir, deyir ki, danışdım, telefonumu ver. Deyirəm, mən sənə demişdim bir günə danış, sən altı gün sonar danışmısan”. Həmin görüntüləri təqdim edirik: Geri dön |