Ana Sayfa > Karusel / Qarabağ > Erməniləri Xudavəngə buraxmadılar

Erməniləri Xudavəngə buraxmadılar


7-01-2021, 10:53. Yazar: Admin

 

 
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməniləri Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan öz Feysbuk hesabında yazıb.

“Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, bizim tərəf (Ermənistan tərəfi) yalnız 30 ziyarətçini türklərlə (Azərbaycan tərəfi) razılaşdırıb. Nəticədə üçüncü avtobusdan hamını düşürdüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışıb və dəli olmamaq – məsələ budur”, - o qeyd edib.

 


Geri dön