Ana Sayfa > Karusel / Hadisə > Ağ Şəhərdə dənizdə batan qadın xilas edildi - Video
Ağ Şəhərdə dənizdə batan qadın xilas edildi - Video8-12-2025, 10:00. Yazar: Admin |
|
Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib. Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Geri dön |