Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Qətər arasında əlaqələr müzakirə olunub
Azərbaycanla Qətər arasında əlaqələr müzakirə olunub6-12-2025, 17:20. Yazar: Admin |
|
Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Əhməd əl-Misnadla görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” hesabında məlumat verib. “Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”, Hikmət Hacıyev qeyd edib. Geri dön |