Ana Sayfa > Karusel / Dünya > Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub


5-12-2025, 12:59. Yazar: Admin

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Belarus nümayəndə heyəti ilə “Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş” keçirilib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.


Geri dön