Ana Sayfa > Karusel / Dünya > Kreml Putin və Trampın yaxınlarda görüşmə ehtimalını mümkün hesab edir

Kreml Putin və Trampın yaxınlarda görüşmə ehtimalını mümkün hesab edir


5-12-2025, 11:53. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp

 

Kreml Putin və Tramp arasında yaxın gələcəkdə görüşün baş tuta biləcəyini mümkün hesab edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri arasında görüş yaxın gələcəkdə baş tuta bilər.

Qeyd edək ki, Putin ilə Tramp sonuncu dəfə bu ilin avqustunda Alyaskada görürüşüblər. Bu ilin oktyabr ayında onlar arasında son telefon danışığı olub. Bu zaman Putin və Tramp Budapeştdə görüşmək barədə razılığa gəliblər. Lakin daha sonra ABŞ tərəfi bu görüşdən imtina edib.


Geri dön