Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu İspaniyaya səfər edəcək

Çavuşoğlu İspaniyaya səfər edəcək


6-01-2021, 19:50. Yazar: Admin

 

Çavuşoğlu İspaniyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 8-də İspaniyaya səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, M.Çavuşoğlu səfər çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələrilə yanaşı, gündəmdə olan məsələlər, eləcə də regional və beynəlxalq mövzularla bağlı müzakirələr aparacaq.

Bundan başqa, Türkiyə-İspaniya Hökumətlərarası 7-ci toplantının hazırlıqları ilə əlaqədar M.Çavuşoğlunun həmkarı ilə fikir mübadiləsi aparacağı da gözlənilir.

Qeyd edək ki, səfər İspaniyanın xarici işlər nazirinin dəvətilə baş tutacaq. APA


Geri dön