Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Netanyahu "Mossad"ın növbəti direktorunu seçib
Netanyahu "Mossad"ın növbəti direktorunu seçib4-12-2025, 14:45. Yazar: Admin |
|
İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın növbəti direktorunun adı açıqlanıb. Qarabaginfo.az İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən xəbər verir ki, Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçilib. “Bir sıra namizədlərlə söhbət apardıqdan sonra, Baş nazir Benyamin Netanyahu özünün hərbi məsələlər üzrə köməkçisi general-mayor Roman Qofmanı “Mossad”ın rəhbəri vəzifəsinə seçib”, - Netanyahunun ofisi bildirib. Qeyd edək ki, kəşfiyyat orqanının hazırki rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək. Geri dön |