Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik
Ana Sayfa > Karusel / Region > Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik

Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik


4-12-2025, 10:40. Yazar: Admin

Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik

Həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) və Ermənistanla Azərbaycan arasında davamlı sülhün açdığı yeni imkanlarda maraqlıdır.

Qarabaginfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat ofisi Azərbaycanın Mərkəzi Asiya ölkələri-ABŞ əməkdaşlığı formatında (C5+1) iştirakı imkanları ilə bağlı bildirilib.

Açıqlamada bu yaxınlarda C5+1 regional diplomatik platformasının 10 illik yubileyinin qeyd olunduğu vurğulanıb.

“Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistan ilə Azərbaycanın regional əməkdaşlıq, rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik”, - deyə açıqlamada qeyd olunur.


Geri dön