Ana Sayfa > Karusel / Dünya > Avropa İttifaqı Şurasının Prezidenti Qazaxıstana səfərə gedir

Avropa İttifaqı Şurasının Prezidenti Qazaxıstana səfərə gedir


3-12-2025, 16:32. Yazar: Admin

Avropa Şurasının Prezidenti Antoniu Koşta

 

Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta 3–4 dekabr tarixlərində Qazaxıstana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Koşta Aİ-nin Mərkəzi Asiya ilə əməkdaşlığını daha da gücləndirmək məqsədilə Astanaya gedəcək.

Məlumatda deyirlir ki, Koşta Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək və Aİ–Qazaxıstan arasında “Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin (EPCA) imzalanmasının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək və birgə bəyanatla çıxış edəcək.


Geri dön