Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızı komadan ayılıb
Ana Sayfa > Karusel / Gündəm > Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızı komadan ayılıb

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızı komadan ayılıb


3-12-2025, 15:11. Yazar: Admin

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızı komadan ayılıb

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, onun Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir.

"Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir", - məlumatda qeyd olunub.

Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir.


Geri dön