Ana Sayfa > Karusel / Region > Aİ və Ermənistan əməkdaşlıqla bağlı strateji gündəlik qəbul edib

Aİ və Ermənistan əməkdaşlıqla bağlı strateji gündəlik qəbul edib


2-12-2025, 15:33. Yazar: Admin

Ararat Mirzoyan, Kaya Kallas

Avropa İttifaqı və Ermənistan ikitərəfli əməkdaşlıqla bağlı strateji gündəlik qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla mətbuat konfransında deyib.

“Ermənistan iqtisadiyyatının gücləndirilməsi və diversifikasiyası, qanunun aliliyinin təmin olunması, viza liberallaşdırılması və təhlükəsizliklə bağlı əməkdaşlığımızı gücləndirmək istəyirik”, - Kallas vurğulayıb.

O diqqətə çatdırıb ki, 2025-ci il Aİ-Ermənistan münasibətləri üçün çox mühüm rol oynayıb.


Geri dön