ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Rusiya sərhədini keçib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Hava Hərəkətinin Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.
Bildirilib ki, Uitkoffun əvvəllər Moskvaya səfər etmək üçün istifadə etdiyi ABŞ təyyarəsi Rusiya sərhədini keçib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Putin-Uitkoff görüşünün Moskva vaxtı ilə təxminən 17:00-də başlayacağını açıqlayıb.