Ana Sayfa > Karusel / Dünya > Ağ Ev: Tramp korrupsiya səbəbindən Ukraynaya “sonsuz yardımı” dayandırıb

Ağ Ev: Tramp korrupsiya səbəbindən Ukraynaya “sonsuz yardımı” dayandırıb


2-12-2025, 08:31. Yazar: Admin

Ağ Ev: Tramp korrupsiya səbəbindən Ukraynaya “sonsuz yardımı” dayandırıb

ABŞ Prezidenti Donald Tramp əvvəlki administrasiyanın Kiyevə təqdim etdiyi “sonsuz maliyyə axınını” Ukraynadakı korrupsiya səbəbindən dayandırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinqdə bildirib.

Levit bildirib ki, Tramp “korrupsiyanın heç vaxt xeyir gətirmədiyini tam aydın şəkildə ifadə edib”.

“Məhz buna görə əvvəlki administrasiyanın bu müharibəni maliyyələşdirmək üçün yazdığı sonsuz çeklərə son qoydu”, – Ağ Evin nümayəndəsi vurğulayıb.


Geri dön