Ana Sayfa > Karusel / Siyasət > Mirzoyan Brüsselə gedir
Mirzoyan Brüsselə gedir1-12-2025, 15:46. Yazar: Admin |
|
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah iki günlük səfərlə Brüsselə yola düşəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək. Müzakirələrdən sonra Ermənistan xarici işlər naziri, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər. Dekabrın 3-də nazir Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək. Geri dön |