Ana Sayfa > Karusel / Region > Eçmiədzin rəsmisi: II Qaregin katolikos taxtını tərk etməyi düşünmür

Eçmiədzin rəsmisi: II Qaregin katolikos taxtını tərk etməyi düşünmür


1-12-2025, 14:13. Yazar: Admin

Katolikos II Qaregin

Bütün ermənilərin katolikosu II Qaregin öz patriax taxtını tərk etməyi düşünmür.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Newsarmenia” Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryana istinadən məlumat yayıb.

“Katolikosun istefa verməsi üçün heç bir əsas görmürəm. O, yalnız bəzi şübhəli dini mənsubiyyətə malik dairələrin belə bir tələbi irəli sürməsi səbəbindən taxtını tərk edə bilməz”, – bu gün keçirilən mətbuat konfransında Arşak Xaçatryan bildirib.

Onun sözlərinə görə, bu, hətta on episkop belə bir tələb irəli sürsələr də mümkün deyil.


Geri dön