Ana Sayfa > Karusel / Dünya > ABŞ-da Trampın iqamətgahına yaxınlaşan mülki təyyarəyə görə F-16 qırıcısı havaya qalxıb

ABŞ-da Trampın iqamətgahına yaxınlaşan mülki təyyarəyə görə F-16 qırıcısı havaya qalxıb


30-11-2025, 20:56. Yazar: Admin

ABŞ-da Trampın iqamətgahına yaxınlaşan mülki təyyarəyə görə F-16 qırıcısı havaya qalxıb

ABŞ Hərbi Hava Qüvvələri prezident Donald Trampın Floridadakı iqamətgahına yaxınlaşan mülki təyyarədən qorunmaq üçün F-16 qırıcısını havaya qaldırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığının (NORAD) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, naməlum mülki təyyarə uçuşlar üçün müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozub.

“Mülki təyyarə təhlükəsiz şəkildə həmin zonadan çıxarılıb”, – məlumatda deyilir.


Geri dön