Ana Sayfa > Karusel / Dünya > Latviya Rusiya və Belarus sərhədi boyunca gecə uçuşlarına qoyulan qadağanı daha bir həftə uzadıb

Latviya Rusiya və Belarus sərhədi boyunca gecə uçuşlarına qoyulan qadağanı daha bir həftə uzadıb


30-11-2025, 18:40. Yazar: Admin

Latviya Rusiya və Belarus sərhədi boyunca gecə uçuşlarına qoyulan qadağanı daha bir həftə uzadıb

Latviya hakimiyyəti Rusiya və Belarusla sərhəd boyunca ölkənin hava məkanında axşam və gecə saatlarında uçuşlara tətbiq edilən qadağanı daha bir həftəlik müddətə yenidən uzadıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baltik respublikasının aviadispetçer xidməti məlumat yayıb.

Qeyd edək ki, əvvəlcə qadağa 30 noyabr gününün sonuna qədər qüvvədə idi. “Rusiya və Belarusla sərhəd hava məkanında 6 km hündürlüyə qədər uçuşlara qoyulan qadağa dekabrın 7-dək, yəni daha bir həftəlik uzadılıb”, – deyə məlumatda bildirilib.

İstisna yalnız Müdafiə Nazirliyinin icazə verdiyi uçuşlar ola bilər.


Geri dön