Ana Sayfa > Karusel / Gündəm > Dilavər Əzimli süni tənəffüs aparatına qoşulub
Dilavər Əzimli süni tənəffüs aparatına qoşulub6-01-2021, 10:49. Yazar: Admin |
Tanınmış tarixçi alim Dilavər Əzimli koronavirusa yoluxub. Qarabaginfo.az xəbər verir ki, yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, alimin vəziyyəti kritikdir. Hazırda FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alan D. Əzimli süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, D. Əzimli 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışır. Tarix üzrə fəlsəfə doktoru, "SİEPO"-nun üzvü, "Dünya Uyğarlığı içərisində Türk uyğarlığı" beynəlxalq türk qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, "Bütöv Azərbaycan Ocaqları" Mərkəzi Şurasının üzvüdür. Geri dön |