Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ Zelenskini sülh sazişinə razı salmaq üçün təzyiqi artıracaq

KİV: ABŞ Zelenskini sülh sazişinə razı salmaq üçün təzyiqi artıracaq


30-11-2025, 09:04. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

ABŞ administrasiyası gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenskiyə münaqişənin həlli ilə bağlı sazişə razılıq verməsi üçün əlavə təzyiq göstərəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə The Washington Postun məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Zelenski “ən çətin dövrlərindən birinə” daxil olub və onu ən yaxın köməkçisi, Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakı əhatə edən korrupsiya qalmaqalı fonunda “siyasi təhlükə” izləyir.

Nəşrin qiymətləndirməsinə görə, qarşıdan gələn həftə Zelenskini ABŞ tərəfindən yeni təzyiq raundu gözləyir və Vaşinqton onun sülh razılaşmasına yaxınlaşmasını tələb edəcək.


Geri dön