Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fransada telekanal işçiləri partlayış hədəsi səbəbindən təxliyə edilib
Ana Sayfa > Karusel / Dünya > Fransada telekanal işçiləri partlayış hədəsi səbəbindən təxliyə edilib

Fransada telekanal işçiləri partlayış hədəsi səbəbindən təxliyə edilib


29-11-2025, 23:20. Yazar: Admin

Fransada telekanal işçiləri partlayış hədəsi səbəbindən təxliyə edilib

Fransanın "France Televisions" dövlət tele-radio şirkətinin əməkdaşları binada bomba qoyulduğu barədə məlumatdan sonra təcili şəkildə təxliyə olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.

Hadisə yerli vaxtla 17:30-da (Bakı vaxtı ilə 20:30) baş verib. Şirkətin telekanal və radio stansiyalarının yayımı dayandırılıb.

Telekanalın efirində həyəcan siqnalı səslənib və aparıcı “Biz yayımı dayandırmağa məcburuq” deyə tamaşaçılara müraciət edib.

Hadisə ilə bağlı polis və kinoloqlar əraziyə cəlb olunub.

Xatırladaq ki, Bir neçə gün əvvəl oxşar insident BFMTV telekanalında yaşanmış, lakin həmin zaman binada heç bir partlayıcı qurğu aşkar edilməmişdi.


Geri dön