Ana Sayfa > Karusel / Dünya > Ruslar Pokrovskda əməliyyat aparır: 100 minlik ordu...

Ruslar Pokrovskda əməliyyat aparır: 100 minlik ordu...


29-11-2025, 22:07. Yazar: Admin

Ruslar Pokrovskda əməliyyat aparır: 100 minlik ordu...

Rusiya işğalçıları Pokrovsk ərazisində lokallaşdırılmış taktiki əməliyyatlar aparırlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hərbi ekspert İvan Timoçko məlumat verib.

Onun sözlərinə görə, hazırda Pokrovska rusların kiçik piyada dəstələri daxil olurlar:

“Lakin bu, sistematik deyil. Onların zirehli maşınları yoxdur və vəziyyətləri tədarük edilən sursatdan asılı olur”.

Bildirilir ki, rus qoşunları bu ilin sonuna qədər Pokrovsk şəhərini işğal etmək istəyirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovun sözlərinə görə, hazırda Pokrovsk istiqamətində 100 min rus hərbçisi var.

 


Geri dön