Ana Sayfa > Karusel / Siyasət > Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə Ermənistanın iqtisadiyyat naziri görüşüb

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə Ermənistanın iqtisadiyyat naziri görüşüb


29-11-2025, 21:02. Yazar: Admin

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı

 

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İbrahim Yumaklı “X” hesabında paylaşım edib.

“Ermənistanın iqtisadiyyat naziri cənab Gevorq Papoyan ilə keçirdiyimiz görüşdə qida və su israfının iqtisadi məsrəfləri, tədarük zəncirindəki itkilər və istehsalın səmərəliliyi üzərində müzakirə apardıq.

Resursların qorunması və iqtisadi səmərəliliyin artırılması üçün əməkdaşlığımızı gücləndirməyə qətiyyətliyik”- deyə Yumaklı qeyd edib.


Geri dön