Ana Sayfa > Karusel / Siyasət > Papa Sultan Əhməd məscidini ziyarət etdi

Papa Sultan Əhməd məscidini ziyarət etdi


29-11-2025, 13:21. Yazar: Admin

Papa Sultan Əhməd məscidini ziyarət etdi

Türkiyədə səfərdə olan Roma Papası XIV Leo Sultan Əhməd məscidini və Yeşilköydə yerləşən Mor Efrem Süryani Kadim Ortodoks Kilsəsini ziyarət edib.

Qaabaginfo.az xəbər verir ki, ziyarət zamanı XIV Leo-ya məscidin tarixi və memarlığı izah edilib.

Papa XIV Leo ilk dəfə bu məscidə gəldiyini və bu vəzifəyə təyin olunduqdan sonra ziyarət etdiyi ilk məscidin Sultan Əhməd məscidi olduğunu qeyd edib.

XIV Leo, həmçinin Yeşilköydə yerləşən Mor Efrem Süryani Kadim Ortodoks Kilsəsinin liderləri və xristian icmaları ilə görüşlər keçirib.

 


Geri dön