Ana Sayfa > Karusel / Region > Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı texniki səhvi düzəltdi

Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı texniki səhvi düzəltdi


5-01-2021, 23:51. Yazar: Admin

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı texniki səhvə yol verilib.

Qarabaginfo.az haqqın.az-a istinadən xəbər verir ki, Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərən hərbi sülhməramlı həkimlərin mobil qrupları barədə məlumatın başlığında Qarabağın dağlıq hissəsinin adı 3 hərfin inisialı ilə göstərilib.

 

Bir qədər sonra isə sayt texniki səhvi düzəldərək sülhməramlı-həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiklərini yazıb.

 

 

 


Geri dön