Ana Sayfa > Karusel / Dünya > Polşa Yermakın evində aparılan axtarışla bağlı Ukraynadan izahat gözləyir

Polşa Yermakın evində aparılan axtarışla bağlı Ukraynadan izahat gözləyir


28-11-2025, 17:41. Yazar: Admin

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış

 

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın evində antikorrupsiya orqanları tərəfindən aparılan axtarış barəsində izahat gözləyirik.

Qarabaginfo.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, Polşanın Ukraynaya dəstək strategiyası dəyişməzdir: “Polşanın Ukraynaya dəstək strategiyası dəyişməz qalır, çünki Polşanın təhlükəsizliyi məhz burada dayanır”.

O, həmçinin antikorrupsiya siyasətində şəffaflığın vacibliyini vurğulayıb.

“Ukrayna çətin bir dövr yaşayır və hakimiyyətin başında mümkün korrupsiya məsələsi mövcud sülh danışıqlarına mane olur”, - o bildirib.


Geri dön