Ana Sayfa > Karusel / Region > Yenidən baş nazir olmaq istəyirəm - Paşinyan

Yenidən baş nazir olmaq istəyirəm - Paşinyan


27-11-2025, 13:56. Yazar: Admin

Yenidən baş nazir olmaq istəyirəm - Paşinyan

Mən 2026-cı il parlament seçkilərində "Vətəndaş müqaviləsi" Partiyasının baş nazirliyə namizədi olmaq üçün mübarizə aparıram.

Qarabaginfo.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O əmin edib ki, namizədlərin qeydiyyatı prosesi şəffaf, partiyanın ideologiyasının əsasını təşkil edəcək.

Paşinyanın sözlərinə görə, "Vətəndaş müqaviləsi" demokratik partiyadır, burada seçki prosesləri açıq və şəffafdır, qərarlar kollektiv şəkildə qəbul edilir:

"Partiyamızın siyasi fəaliyyətini mənim və ya başqasının şəxsiyyəti müəyyən etmir. Partiyanın İdarə Heyətinin sədriyəm və səsim həlledicidir, lakin bu o demək deyil ki, problemlər şəxsi müstəvidə həll olunur".


Geri dön