Ana Sayfa > Karusel / Dünya > NATO və Ukrayna müdafiə texnologiyalarını gücləndirmək üçün birgə proqram başladıb

NATO və Ukrayna müdafiə texnologiyalarını gücləndirmək üçün birgə proqram başladıb


26-11-2025, 21:34. Yazar: Admin

NATO və Ukrayna müdafiə texnologiyalarını gücləndirmək üçün birgə proqram başladıbUkrayna və NATO innovasiya, texnologiya və mühəndislik sahəsində ilk birgə proqramı — UNITE – Brave NATO layihəsinin icrasına başlayıblar.

 

Qarab aginfo.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Layihə NATO və Ukrayna tərəfindən prototiplərin və sınaqdan keçirilmiş innovativ texnologiyaların genişləndirilməsi məqsədilə həyata keçirilən ilk birgə proqramdır. Bu texnologiyalar əməliyyat uyğunluğu tələblərinə cavab verməyə kömək edir.

Layihənin ilkin mərhələsinin məqsədi ön xəttdə yeni innovativ məhsulların tətbiqi olacaq. Bu məhsullar pilotsuz uçan aparatlara qarşı mübarizə, hava hücumundan müdafiənin gücləndirilməsi, və ön xəttdə əlaqənin təmin edilməsi kimi istiqamətləri əhatə edir.


Geri dön