Ana Sayfa > Karusel / Region > Kobaxidze: Gürcüstan avrointeqrasiya prosesini dayandırmayıb

Kobaxidze: Gürcüstan avrointeqrasiya prosesini dayandırmayıb


26-11-2025, 16:01. Yazar: Admin

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

 

Gürcüstan avrointeqrasiya prosesini dayandırmayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropa bürokratiyasının özü 2024-cü ilin iyunun 27-də Gürcüstanla dialoqu dayandırmaq barədə qərar qəbul edib.

“Bu qərar üçün heç bir əsas yox idi və gürcü xalqına münasibətdə son dərəcə ədalətsiz olub”, - Kobaxidze əlavə edib.

Baş nazir Avropa bürokratiyasının gürcü xalqına yanaşmasının dəyişəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.


Geri dön