Ana Sayfa > Karusel / Dünya > Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər

Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər


26-11-2025, 15:45. Yazar: Admin

Rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyov

 

Rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər.

Qarabaginfo.az-ın Moskva bürosu xəbər verir ki, bu barədə jurnalistə qarşı sui-qəsd cəhdi işi ilə bağlı məhkəmə prosesində məlum olub.

Məhkəmə iclası zamanı iş üzrə təqsirləndirilən şəxslərdən olan Andrey Pronskinin evində qeydə alınan səs yazısı səsləndirilib.

Səs yazısında Solovyovun “Yandex yeda” ilə verdiyi sifarişin izlənilməsi, sifarişin ələ keçirilərək ona zəhər qatılması planlaşdırıldığı bildirilib.


Geri dön