Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Baş katib: Ukraynanın NATO-ya üzvülüyü üçün hazırda konsesus yoxdur
Ana Sayfa > Karusel / Dünya > Baş katib: Ukraynanın NATO-ya üzvülüyü üçün hazırda konsesus yoxdur

Baş katib: Ukraynanın NATO-ya üzvülüyü üçün hazırda konsesus yoxdur


Bu gün, 16:48. Yazar: Admin

NATO-nun Baş katibi Mark Rutte

 

Ukraynanın NATO-ya üzvlük iddiasında olmaq hüququ var, lakin onun qəbul olunması alyans üzvləri arasında konsensus tələb edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Azadlıq Radiosuna verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, hazırda Şimali Atlantika Alyansının üzvləri arasında belə konsensus yoxdur və yaxın gələcəkdə yaranması da ehtimal olunmur.

Rutte urğulayıb ki, Rusiya və Ukrayna arasında mümkün atəşkəs və ya sülh razılaşmasının ən vacib elementlərindən biri Rusiyanın gələcəkdə Ukraynaya yenidən hücum etməyəcəyinə dair təminatlar olmalıdır.

Baş katib təhlükəsizlik təminatlarının hansı formada ola biləcəyini dəqiqləşdirməyib, lakin bildirib ki, bu təminatlar Rusiyanın Ukraynaya yenidən hücum etməsini iqtisadi və siyasi baxımdan sərfəsiz etməlidir.

“Vacibdir ki, Ukrayna üzrə sülh razılaşması əldə olunduqdan sonra Rusiya bir daha belə cəhd göstərməsin. O, bunu etməyəcək — əgər bilsə ki, yenidən Ukraynaya hücum etməyə cəhd etdiyi halda nəticələr onun üçün dağıdıcı olacaq, istər uzunmüddətli atəşkəsdən, istərsə də sülh sazişi imzalandıqdan sonra”, - o bildirib.

“Biz əmin olmalıyıq ki, Putin başa düşsün: o, bunu bir daha heç vaxt edə bilməyəcək,” - Rutte əlavə edib.


Geri dön