Ana Sayfa > Karusel / İdman > “Sabah” stadiona ərzaq buraxmadı, AFFA xəbərdarlıq etdi

“Sabah” stadiona ərzaq buraxmadı, AFFA xəbərdarlıq etdi


25-11-2025, 15:04. Yazar: Admin

sabah-stadiona-erzaq-buraxmadi-affa-xeberdarliq-etdi

AFFA “Sabah” klubuna xəbərdarlıq edib.

Qarabaginfo.az xəbər verir ki, buna səbəb Premyer Liqanın 12-ci turunda “Şamaxı” ilə matçda tamaşaçılar tərəfindən gətirilmiş, gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmamasıdır. 

Federasiya əşyalara qadağa qoyan Masazır klubunu eyni halın təkrar olunacağı halda cəzalandıracaq. 

Qeyd edək ki, “Sabah” – “Şamaxı” oyununda meydan sahibləri stadiona təhlükəsizliyə təhdid yaratmayan ərzaqlar gətirdiyi halda onları stadiona buraxmamışdı. Bu da azarkeşlərin etirazına səbəb olmuşdu. 


Geri dön