Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Ermənistan və Azərbaycan Gürcüstandan daha yaxşı vəziyyətdədir” –NATO Baş katibi
Ana Sayfa > Karusel / Siyasət / Region > “Ermənistan və Azərbaycan Gürcüstandan daha yaxşı vəziyyətdədir” –NATO Baş katibi

“Ermənistan və Azərbaycan Gürcüstandan daha yaxşı vəziyyətdədir” –NATO Baş katibi


Bu gün, 15:03. Yazar: Admin

 

“Ermənistan və Azərbaycan Gürcüstandan daha yaxşı vəziyyətdədir“.

Qarabaginfo.az bildirir ki,bu sözləri NATO-nun baş katibi Mark Rutte Azad Avropa Radiosunun Avropa Xidmətinə verdiyi müsahibədə bildirib.

“Gürcüstanda baş verənlərə dair sadəlövh təsəvvürə malik deyiləm. Biz çox narahatıq və bunu gürcülərə də aydın şəkildə bildirmişəm. Biz onlarla əməkdaşlıq edirik. Düşünürəm ki, əməkdaşlığın özü narahatlıqlarımızı izah etmək üçün bu kanalın olmasını təmin etmək məqsədi daşıyır”–deyə Rütte vurğulayıb.

Baş katib baş verənlərə vahid şəkildə baxmağı təklif edib: “Gürcüstan var. Amma Ermənistanla Azərbaycan arasında baş verənlər də var. Onlar Prezident Trampın gördüyü işlər sayəsində daha yaxşı vəziyyətdə görünürlər. Buna görə də, mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində də nəzərdən keçirərdim”, – deyə Rutte bildirib.


Geri dön