Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır
Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır

Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır


Bu gün, 14:55. Yazar: Admin

Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır

Ermənistan Hindistan istehsalı olan qırıcı təyyarənin Dubay Beynəlxalq Hava Şousunda (Dubay aviaşousu) qəzaya uğramasından sonra 1,2 milyard dollar dəyərində 12 ədəd Tejas döyüş təyyarəsinin alınması ilə bağlı Dehli ilə danışıqları dayandırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, Ermənistandakı mənbələr bildiriblər ki, qəza görüntüləri bütün proqramın dərhal texniki baxışdan keçirilməsinə səbəb olub.

Qeyd edək ki, “Tejas” təyyarəsinin inkişafı 1982-ci ildən davam edir və bu təyyarələr Hindistan Hərbi Hava Qüvvələrindəki köhnəlmiş MiQ-21 qırıcılarını əvəzləmək məqsədi daşıyır. Hazırda ilk partiyadan yalnız 40 təyyarə təhvil verilib və Qərb sistemləri ilə təchiz olunmuş təkmilləşdirilmiş A1 versiyasının istehsalı davam edir. Ermənistanla razılaşma təyyarənin ilk ixrac müqaviləsi olacaqdı.


Geri dön