Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tofiq İsmayılovun oğluna 8 il iş verildi
Ana Sayfa > Karusel / Kriminal > Tofiq İsmayılovun oğluna 8 il iş verildi

Tofiq İsmayılovun oğluna 8 il iş verildi


Bu gün, 14:05. Yazar: Admin

tofiq-ismayilovun-ogluna-8-il-is-verildi

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələduzluqda ittiham olunan oğlu Mir Heydər İsmayılov və digərlərinin məhkəmə araşdırması başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamların sübuta yetirildiyini bəyan edib.

Hökmə əsasən, Mir Heydər İsmayılov 8, Murad Həziyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Vəkil Xeyransa Babayeva bildirib ki, iş üzrə digər müttəhimlərə sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Mir Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib./Qafqazinfo


Geri dön