Rumıniya hava sahəsinə keçən Rusiya dronlarının qarşısını almaq üçün qırıcı təyyarələrini havaya qaldırıb.
Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, dronlardan biri hələ də Rumıniya ərazisinin dərinliklərinə uçur.
Dronların izlənilməsi və zərərsizləşidirlməsi üçün “Eurofighter” və F-16 qırıcılarından istifadə olunur.
Qeyd edək ki, Rusiyanın Ukraynaya ötən gecə həyata keçirdiyi raket və dron hücumları zamanı dronlardan 4-ü Rumıniya və Moldova ərazisinə keçib.