Ana Sayfa > Karusel / Gündəm > Nazir müavini: AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırma aparılır, hesabat tam təqdim olunacaq

Nazir müavini: AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırma aparılır, hesabat tam təqdim olunacaq


Bu gün, 11:18. Yazar: Admin

Picture background

AZAL aviaşirkətinə məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olduğu hadisə üzrə istintaq davam edir və bu ilin yekunları üzrə məlumat veriləcək.

qarabaginfo.az xəbər verir ki, bu barədə “Orda” Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliaqparova istinadən məlumat yayıb.

Nazir müavini brifinqdə prosesin mürəkkəb ekspertizalar tələb etməsi səbəbindən istintaqın ilin sonunadək yekunlaşdırılıb-yekunlaşdırılmayacağı barədə dəqiq məlumat verməyin mümkün olmadığını bildirib.

“Üç aydan sonra ilkin nəticələr tam şəkildə təqdim olunmuşdu. Hazırda daha dərin araşdırma aparılır. Çox mürəkkəb ekspertizalar var. İş tamamlandıqdan sonra hesabat tam şəkildə KİV-ə təqdim olunacaq. Vaxtla bağlı qəti söz deyə bilmirik, məsələ çox ciddidir. Lakin bu ilin yekunları üzrə məlumat verəcəyik”, — Kaliaqparov bildirib.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib.


Geri dön